İşevskdə mənzillərin birində 50-yə yaxın pişik aşkar edilib. Pişiklərin ac olduğu istisna edilmir.
SİA bu barədə rus mətbuatına istinad edərək bildirir.
Maraqlısı budur ki, mənzil bağlı olduğundan, polis içəri daxil ola bilmir. Xatırladaq ki, bir müddət bundan əvvəl Udmurdiyanın heyvan hüquqları müdafiəçiləri sosial şəbəkələrdə bir video yayımlamışdılar. Həmin videoda xeyli pişiyin sahibsiz kimi görünən bir mənzildə qaçdığı görünür. Bunlardan əlavə, mənzildə ölmüş pişik cəsədləri də görünür. Heyvan hüquqları fəallarının sözlərinə görə, pişiklərə sahiblik edən şəxs, pulsuz heyvan yemi almaqdan imtina edib.
Hazırda hüquq-mühafizə orqanları əməkdaşları üçün yaranan ən böyük problem mənzil sahibinin onlarla əlaqə qurmaması və qapını onlara açmamasıdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB