SİA xəbər verir ki, "Rossiyskaya Gazeta"nın məlumatına görə, Kabardino-Balkar Respublikası Perinatal Mərkəzində qadın 53 yaşında ilk dəfə ana olub.
Bu, nisbətən nadir haldır, lakin getdikcə daha çox qadın həyatın sonrakı dövrlərində uşaq sahibi olmağa qərar verir.
Xəstə altı ildən çoxdur ki, hamilə qalmağa çalışırmış və özəl klinikada ilkin sonsuzluq diaqnozu qoyulduğu üçün müalicə alıb.
Nəhayət, qadın süni mayalanma sınamaq qərarına gəlib və ilk prosedurdan sonra hamilə qalıb.
…Substrativ mayalanma zamanı qadın ilk cəhddə hamilə qalmağı bacarıb. Hamiləlik yaxşı keçib və nəticədə gözlənilən doğuş tarixinə uyğun olaraq təxminən 3 kiloqram çəkidə və 50 santimetr boyunda sağlam bir qız uşağı dünyaya gəlib- deyə Kabardino-Balkar Səhiyyə Nazirliyinin mətbuat xidməti qeyd edib.
Mütəxəssislərin fikrincə, daha gec yaşda hamiləlik həm ana, həm də uşaq üçün müxtəlif risklər daşıyır. Dölün doğuş zamanı anadangəlmə qüsurlar və müxtəlif ağırlaşmalar inkişaf etdirmə riski artır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB