İkinci Dünya Müharibəsi zamanı Hitler və Stalinin səhvləri...

Tarixçi Zaleski: Hitler SSRİ-də səfərbərlik imkanlarını düzgün qiymətləndirmirdi...

...O vaxt, Sovet İttifaqına hücum etmək qərarına gəldikdə, Adolf Hitler “Qırmızı Ordu”nun imkanlarını lazımi səviyyədə qiymətləndirməmişdi.

SİA-nın əldə etdiyi məlumata görə, İkinci Dünya Müharibəsi zamanı Hitler və Sovet lideri İosif Stalinin yol verdiyi əsas səhvləri KP.RU-ya müsahibəsində İkinci Dünya Müharibəsi Tarixçiləri Assosiasiyasının vitse-prezidenti Konstantin Zalesski açıqlayıb.

...Hitlerin əsas səhvlərindən biri SSRİ-nin resurslarını və imkanlarını lazımi səviyyədə qiymətləndirməmək idi. Berlində belə bir müqavimətin - Odessa yaxınlığında, Leninqrad, Mojaysk istiqamətində göstəriləcəyini bilmirdilər. Kəşfiyyat məlumatlarına baxmayaraq, Hitler “Qırmızı Ordu”nun bu qədər texnikası olduğuna inanmaqdan imtina etdi..?

Tarixçinin fikrincə, Hitler SSRİ-nin ayaqları gildən olan Kolos olduğunu təkrar edirdi.

Zalesski Almaniyanın Sovet İttifaqında səfərbərlik imkanlarını lazımınca qiymətləndirmədiyini də vurğulayıb. Bundan əlavə, Reyx rəhbərliyi SSRİ-də ilk məğlubiyyətlərlə birlikdə bolşeviklərə qarşı böhran və üsyanların başlayacağına inanırdı.

Sovet rəhbərliyinin səhvi Almaniyanın Sovet İttifaqına hücum etməyəcəyinə inamı idi.

Eyni zamanda bir neçə kəşfiyyat mənbəsi hücumun tarixini açıqlayıb.

2023-cü ilin dekabrında Prezident Kitabxanası 1941-ci il iyunun 21-də axşam SSRİ Dövlət Təhlükəsizliyi Xalq Komissarlığının rəhbərliyi tərəfindən qəbul edilən Almaniyanın qaçılmaz hücumu ilə bağlı sonuncu şifrələrdən birini nəşr edib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə