Rus səyyahı Fyodor Konyuxov Cənubi Amerika sahillərindən Avstraliyaya təkbaşına səyahətinin yüzüncü gününü qeyd edib.
SİA xəbər verir ki, ekspedisiyanın Telegram kanalının məlumatına görə, bu, 200 gün üçün nəzərdə tutulan planlaşdırılmış marşrutun təxminən yarısıdır.
Məlumatda bildirilir ki, Konyuxov Cənubi Amerikadan Avstraliyaya hərəkət edən “Akros” qayığı ilə Cənubi Okeanın unikal təkbaşına keçidi həyata keçirir.
Ondan əvvəl heç kimin belə səyahət etmədiyi vurğulanır. Təxmini səyahət vaxtı 200 gündür, Qərbi Avstraliyada gözlənilən təyinat yerinə 6,1 min km qalır.
Xatırladaq ki, Konyuxov səyahətinə 5 dekabr 2024-cü ildə Dreyk keçidindən başlayıb.
68 gündə o, İqolnıy burnuna çatıb və bununla da tarixdə Cənubi Atlantik okeanını qayıqla keçən, eləcə də dünya rekordu vuran ilk insan olub.
Səyyah dekabrın 12-də Cənubi Atlantika sularında 73 yaşını da qeyd edib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə