İki amerikalı məktəbli Nekia Ceckson və Kalsea Conson 2000 ildən çox əvvəl formalaşmış Pifaqor teoreminin həllinə yeni yanaşma təklif ediblər. Bu teorem Evklid həndəsəsinin əsasını təşkil edir və düzbucaqlı üçbucağın hipotenuzunun uzunluğunu hesablamaq üçün istifadə olunur.
2022-ci ildə məktəbli qızlar əvvəllər qeyri-mümkün hesab edilən triqonometriyaya əsaslanan sübut təqdim ediblər. Onlar dairəvi düşüncələrdən qaçmağa kömək edən bucaqların və nisbətlərin xassələri kimi əsas həndəsi prinsiplərdən istifadə ediblər. Nekia Ceckson və Kalsea Conson bucaqların xassələrinə əsaslanaraq triqonometrik funksiyaları (sinus və kosinus) təyin edərək düzbucaqlı üçbucaqlar və digər fiqurlar yaradıblar.
Triqonometrik eyniliklərdən istifadə edərək əlaqələri sadələşdiriblər və Pifaqor teorem tənliyinə gəliblər: a² + b² = c², sübut zamanı teoremin özündən bəhs etmədən...
SİA-nın məlumatına görə, Pravda.RU yazır ki, dörd illik araşdırmadan sonra, 2023-cü ilin martında Amerika Riyaziyyat Assosiasiyasının illik konfransı zamanı onların işi elmi ictimaiyyət tərəfindən tanınıb və American Mathematical Monthly jurnalında dərc olunub.
Qızlar ümid edirlər ki, onların işləri gəncləri ruhlandıracaq. Nekia və Kalsea, riyaziyyatın Pifaqor teoremi kimi qədim mövzularda belə həmişə yeni kəşflər üçün yer olan canlı bir elm olduğunu qeyd edir.
Bunu Science-et-vie yazır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə