Xərçəng əleyhinə xüsusiyyətlərə sahib "tüklü şeytan" tapılıb

ABŞ milli parkında yarım əsrdə ilk dəfə yeni cins və flora növləri aşkar edilib

...Mütəxəssislər bitkini tədqiq edərək onu Big Bend Milli Parkında yaşayan iri buynuzlu qoyunların şərəfinə Ovicula biradiata adlandırıblar.

SİA-nın məlumatına görə, günəbaxan fəsiləsinə mənsub olmasına baxmayaraq, görünüşü ilə əhəmiyyətli dərəcədə fərqlənir.

...Beləliklə, ABŞ-da Texasın cənub-qərbindəki Biq Bend Milli Parkının əməkdaşı “tüklü şeytan” adlandırdığı yeni növ bitki kəşf edilib. Qeyri-adi gövdələri və parlaq qırmızı yarpaqları olan bitki Çihuahuan səhrasında gəzərkən aşkarlanıb.

Bitki Kaliforniya Elmlər Akademiyasının alimləri tərəfindən diqqət çəkib. Mütəxəssislər bitkini tədqiq edərək ona elmi adı Ovicula biradiata qoyublar ki, bu da Big Bend Milli Parkında yaşayan iri buynuzlu qoyunlarla əlaqələndirilir.

Məlum olub ki, "tüklü şeytan" günəbaxan ailəsinə aiddir, baxmayaraq ki, görünüşcə qohumlarından çox fərqlidir. Alimlər bitkidə xərçəng və iltihab əleyhinə xüsusiyyətlərə malik birləşmələr olan vəzilər aşkar ediblər.

Lakin iqlim dəyişikliyi və ərazini xarakterizə edən şiddətli quraqlıq səbəbindən “tüklü şeytan” nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir.

Bu, ABŞ milli parklarında son 50 ildə aşkar edilmiş ilk yeni bitki cinsidir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə