Dünya Atlantisin taleyini gözləyir...

İqlim alimləri buzlaqların sürətlə əriməsinin potensial təhlükələri barədə xəbərdarlıq edirlər. Bibliyadakı daşqın, sürətli qlobal istiləşmə səbəbindən reallığa çevrilə biləcəyini qeyd edirlər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, müqəddəs mətnlərə görə, buzlaqların tamamilə əriməsi nəticəsində bütün dünya su altında qala bilər ki, bu da bəşəriyyət üçün günahlarının cəzası olacaq.

Tədqiqatçılar bu dəyişikliklərin mümkün nəticələri ilə analogiyalar aparırlar. Çayların, dənizlərin və okeanların adi sahillərini aşması və ilk olaraq sahilyanı ərazilərin zərər çəkməsi ehtimalı var.

Qlobal istiləşmə prosesini yavaşlatmaq üçün istixana qazlarının emissiyasını azaltmaq tövsiyə olunur.

Metanın təbii səviyyəsini necə azaltmağı da nəzərdən keçirmək vacibdir, çünki bu qaz istixana effektinə kömək edir.

Qəfil Bibliya daşqını ehtimalı az olsa da, daşqının tədricən baş verməsi mümkündür. Suyun bir hissəsi torpağa hopacaq, qalan hissəsi buxarlanacaq.

Eyni zamanda, insanların və heyvanların daha təhlükəsiz ərazilərə təxliyəsi üçün çox güman ki, vaxtları olacaq.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə