...Alimlər Belarusda tapılan tərəziləri təhlil edərək yeni balıq növü olan Moythomasia lebedevi kəşf etdiklərini açıqlayıblar. SİA-nın məlumatına görə, araşdırma The Rivista Italiana di Paleontologia e Stratigrafia jurnalında dərc olunub.
Moythomasia orta uzunluğu təxminən 9 santimetr olan şirin su balığı kimi təsvir edilmişdir.
…Devon, təxminən 416 milyon il əvvəl başlayan və 360 milyon il əvvəl başa çatan Paleozoy erasının geoloji dövrüdür. Bu dövrdə müasir Belarusiyanın çox hissəsi artıq quruda idi. Devon dövrü balıqların çox müxtəlifliyi ilə xarakterizə olunurdu, ona görə də onu "Balıqlar dövrü" də adlandırırlar.
Bu gün nəsli kəsilmiş Moythomasia cinsinin yalnız bir neçə növü məlumdur.
Bunu De Facto vurğulayır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə