Hər ikinci belarusun işdəki məhəbbət macərası…

Deməli, bu tədqiqatda 300 Belarus şirkəti iştirak edib…

…“Bitrix24” analitik mərkəzi 300 Belarus şirkəti arasında araşdırma aparıb və müəyyən edib ki, respondentlərin 44 faizi həyatlarında ən azı bir dəfə ofis romantikası keçiriblər. Onların 36 faizi həmkarları ilə, 5 faizi tabeliyində olanlarla, 6 faizi isə meneceri ilə görüşüb.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə bu barədə “Office Life” yazır.

…Tədqiqat iş liderlərinin işçilər arasında romantik münasibətlərə necə münasibət bəslədiklərini və onların iş prosesinə təsirini öyrənmək üçün aparılıb.

Sorğu göstərib ki, şirkətlərin 85 faizində ofis romantikası heç bir şəkildə tənzimlənmir, 10 faizində qadağan edilir və ya çəkindirilir, 4 faizində isə əksinə, həvəsləndirilir. Respondentlərin 40 faizinin fikrincə, iş yerində şəxsi münasibətlər məhsuldarlığı azaldır, eyni sayda insan heç bir təsirinin olmadığını, 20 faizi isə romantik münasibətlərin əksinə, işçilərin səmərəliliyini artıra biləcəyinə inanır.

Deyilənlərə görə, işdəki məhəbbət macərası...ruslar ki ona ofis romantikası deyirlər, hə, onların guya 13 faizi (amma niyə belə nəhs?-A.B.) sonda yeni ailənin yaranmasına gətirib çıxarır.

…Bəs, arvadının xəyanətindən xəbər tutan kişi,.. hə, bu barədə belaruslar heç nə demirlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə