“Poxmel”in qarşısını almağa kömək edən məhsul…

...Antiqua Amerika Universitetinin terapevti Nina Çandrasekaran deyir ki, spirtli içki qəbul etməzdən əvvəl bir parça pendir yemək, asmaya (“ruslar buna “poxmel” deyirlər-A.B.) səbəb olan toksinlərin udulmasını azaltmağa kömək edə bilər.

SİA xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb. Həkim izah edib ki, pendir zülal və yağlarla zəngindir ki, bu da mədəni “örtmək” və spirtin udulmasını pozur.

Qan dövranına daxil olmaq və qaraciyər tərəfindən emal edilmək əvəzinə, spirtin bir hissəsi bədəndən sidik və tərlə atılır, bu da istehsal olunan zəhərli asetaldehidin miqdarını azaldır.

Asetaldehid etanolun oksidləşməsi zamanı əmələ gələn spirtin ən mühüm parçalanma məhsuludur. Məhz onun orqanizmdə yığılması xoşagəlməz simptomlara səbəb olur - üzün qızarması, yorğunluq, oriyentasiyanın pozulması, zəiflik və ürək bulanması...

Çandrasekaran əlavə edib ki, pendir B vitamini və kalsiumla zəngindir. Spirtli içki qəbul etdikdə bu qidalar bədəndən yuyulur.

Terapevt izah edib ki, kalsium sinir sistemi və əzələlərin fəaliyyətini təmin etməyə kömək edir, B vitamini isə enerji səviyyəsini və maddələr mübadiləsini saxlamaq üçün lazımdır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə