Rus teleaparıcısı üçün dünyanın ən gözəl ölkəsi...

...Rusiyalı teleaparıcı Yelena Letuçaya Rusiyanı dünyanın ən gözəl ölkəsi adlandırıb.

SİA-nın məlumatına görə, o, bu barədə Telegram kanalında abunəçilərin suallarını cavablandırarkən bildirib.

Letuçaya Rusiyadan başqa heç bir ölkədə yaşamaq istəməyəcəyini əmin edib.

...Mən bu ölkəni çox sevirəm, nə olursa olsun. Mənim üçün Rusiya vətəndir. Mən Rusiyanı çox gəzirəm, düşünürəm ki, Rusiya dünyanın ən gözəl ölkəsidir.

Bunu deyən teleaparıcı əlavə edib ki, son bir ildə Çukotka, Şantar adaları, Kuril adaları və Uzaq Şərqə səfər edib.

...Mən heç yerdə bundan gözəl bir şey görməmişəm.

Bunu da Letuçaya deyib, amma...ax səni qəsbkar Yermak?..

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə