Rus qadın mənzilini it sığınacağına çeviribmış…

…Uzaq Çita rayonunun Atamanovka kənd sakini mənzilini itlər üçün sığınacağa çeviribmiş.

Belə ki, o, 30 ev heyvanını özü ilə saxlayırmış.

SİA-nın məlumatına görə, bu barədə Chita.Ru Rusiyanın Trans-Baykal ərazisi üzrə Federal Məhkəmə İcraçıları Xidmətinə istinadən xəbər verir.

…Rus qadın sanitar normalara riayət etməməklə yanaşı,

heyvanlara düzgün qulluq da etməyib.

Qonşuların şikayətindən sonra məhkəmə ev sahibinə evi təmizləməyi və mütəmadi olaraq itləri gəzdirməyi tapşırsa da, qadın tələbləri yerinə yetirməkdən imtina edib.

O, sonradan ona yaxınlaşan məhkəmə icraçısına da məhəl qoymayıb.

Qadın beş min rubl cərimələnib. Sonrakı itaətsizliyə görə o, 200 ilə 500 min rubl arasında cərimə ilə üzləşib.

Bundan sonra qadın ev heyvanlarını mənzildən çıxararaq evdə təmir işləri aparıb.

…Bundan əvvəl Moskvada evlərdən birinin sakinləri qonşularının mənzilində 80-dən çox pişiyin yaratdığı üfunət iyindən şikayət ediblər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə