...Təxminən 150 il əvvəl indiki Pakistan ərazisindəki qədim Harappa şəhərində dilçilərin hələ də deşifrə edə bilmədiyi əlyazmanın içində qədim möhür tapılıb.
SİA-nın məlumatına görə, “IFLScience” yazır ki, mümkün qədər tez həqiqətə çatmaq üçün Hindistan hakimiyyəti onu deşifrə edə bilən hər kəsə bir milyon dollar mükafat elan edib.
…Harappa yazısının təxminən 5300 il əvvəl Hindistan və Pakistanın şimalını əhatə edən bölgədə ortaya çıxan Hind Vadisi Sivilizasiyası tərəfindən icad edildiyi qeyd edilir. Divarlı şəhərləri ilə məşhur olan Tunc dövrü mədəniyyəti müəmmalı şəkildə yoxa çıxana qədər bir neçə əsrlər boyu çiçəklənib.
Harappa yazısının əlyazmasının olduğu ilk möhürü 1875-ci ildə Hindistan Arxeoloji Tədqiqatının qurucusu ser Aleksandr Canninqham tərəfindən aşkar edilib.
Daş lövhəyə öküz təsviri həkk olunmuşdu, onun yanında dilçilərin heç vaxt deşifrə edə bilmədiyi iki ulduz və altı simvol vardı.
Nəşrin məlumatına görə, o vaxtdan bəri arxeoloqlar hər biri mərkəzi heyvanı və simvolların qısa ardıcıllığını təsvir edən bir neçə min belə nümunə aşkar ediblər. Çox vaxt bu əlyazmalar dörd-altı simvoldan ibarətdir.
Nəşr vurğulayır ki, əsas problemlərdən biri harappa yazısına məlum olan heç bir çoxdilli artefaktda rast gəlinməməsidir. Ona görə də dilçilər əlyazmaları digər artefaktlarla müqayisə edə bilməzlər. Deşifrə prosesini sürətləndirmək üçün Hindistanın Tamil Nadu əyalətinin baş naziri Mutxuvel Karunanduxi Stalin, Harappan qrafikalı əlyazmalardakı simvolların nə demək olduğunu başa düşən hər kəsə bir milyon dollar mükafat elan edib.
Nəşr xatırladıb ki, oxşar mükafat 2023-cü ildə “Vesuvius Çağırışı”nı qəbul edən və Herkulanumdan bir sıra yanmış tumarlardakı qədim yazıları deşifrə edə bilən hər kəs üçün elan edilib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə