Məmurlara “Telegram”, “WhatsApp” və “Signal”dan istifadəyə qadağa

Fransada hökumət üzvlərinə “Telegram”, “WhatsApp” və “Signal” proqramlarından istifadə etməmək tapşırılıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, “Le Figaro”nun xəbərinə görə, Baş Nazirlik tərəfindən verilən təlimatda hökumət nümayəndələrinə telefonlarından “Telegram”, “WhatsApp” və “Signal” kimi mesajlaşma proqramlarını silmələri istənilib.

Məxfi məlumatlarla bağlı görüşlər üçün təhlükəsizliyi gücləndirməyi nəzərdə tutan təlimatda hökumət üzvlərinin ən geci dekabrın 8-dək yerli “Olvid” mesajlaşma tətbiqinə keçmələri tapşırılıb.

Qeyd edilib ki, “Olvid” tətbiqinin Fransanın Milli İnformasiya Sistemləri Təhlükəsizliyi Agentliyindən (ANSSI) birinci səviyyədə təhlükəsizlik sertifikatı almış yeganə proqramdır.

“Olvid” proqram şirkəti 2019-cu ildə iki fransalı kibertəhlükəsizlik mütəxəssisi tərəfindən yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə