Arıqlamaq üçün sirkə içmək düzgündürmü? - FAKTLAR

Sirkənin müxtəlif istifadə sahələri mövcuddur. SİA xarici mətbuata istinadən xəbər verir ki, bir çox insan arıqlamaq üçün sirkəli su və müxtəlif istifadə hallarını qəbul edir. Sirkə kəskin və gigiyenik maddədir. Araşdırmalara görə, sirkəli su kalori yandırıcı xüsusiyyətə malikdir. Sirkədən 3 min ildən çoxdur istifadə olunur.

İçərisində amin turşusu, şəkər, üzvi turşu, polifon, tetrametilpirazin kimi maddələr vardır. Bədəndəki həzmi birinci ağızdan başlayır. İçildiyi zaman ağızda həzmi həyata keçirən karbohidratların belə 30-40%-nin həzmi azalır. Sirkə ilə ağızda ph səviyyəsi 4-dən aşağı enir. Nəticədə həzm yavaşlayır, karbohidrat udulması azalır. Aparılan başqa bir araşdırmada karbohidrat tərkibli başqa qidalarla bərabər 20 ml alma sirkəsi içildikdə 120 dəqiqə toxluq yaratdığı və qan şəkərinin yüzdə iyirmi faizi qədər daha aşağı səviyyələrdə qaldığı aşkar edildi. Araşdırma nəticələrinə görə, gündə 10-30 ml sirkəni salatda və içkilərdə içmək mümkündür. Ancaq birbaşa içmək sağlamlıq üçün problem yarada bilər.

Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə