İstanbulda quşların heç qonmadığı bir məscid olduğunu bilirsinizmi?
İstanbulun Üsküdar səmtində yerləşən Şəmsi Paşa məscidi dünya şöhrətli Memar Sinanın şah əsərlərindən biridir. Üsküdar sahilində yerləşən bu məscid, türbəsi və mədrəsəsi ilə çox zərif görünüşə malikdir. Məscidin qarşısındakı Qalata körpüsü və Haliç möhtəşəm görünüşləri ilə İstanbulun siluetinə öz damğasını vurur.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, son dərəcə kiçik və sadə görünüşə malik olan bu tikili 1580-ci ildə II Səlim ilə III Murad dövründə vəzir vəzifəsini icra edən Şəmsi Əhməd Paşanın göstərişi vә Memar Sinanın planı әsasında inşa olunub. Üsküdar sahillərini bəzəyən bu tarixi məscid gözəlliyi ilə yanaşı maraqlı hekayəsi ilə də diqqətləri cəlb edir.
Məlumata əsasən, Şəmsi Paşa Memar Sinandan quşların üzərinə qona bilməyəcəyi və çirkləndirə bilməyəcəyi bir məscid tikməsini xahiş edir. Tikdirdiyi hər məsciddə fərqli bir plan həyata keçirən Memar Sinan Şəmsi Paşa Məscidi üçün də fərqli plan hazırlayıb. Məscid tikilməzdən əvvəl araşdırma aparan Memar Sinan quşların küləklərin istiqamətindən təsirləndiyini bildiyi üçün Üsküdarda şimal və cənub küləklərinin kəsişdiyi bir yer tapıb və məscidi orada tikməyə qərar verib. Eyni anda iki fərqli küləyin əsdiyi və dalğaların sahilə dəydiyi bu yerdə quşların məscidə qonması mümkün olmayacaqdı.
1580-ci ildə ibadət üçün açılan bu məscid zamanla camaat arasında “Kuşkonmaz Camii'' kimi tanınmağa başlayıb. Günümüzdə bu gözəl əsər Üsküdarın simvollarından biri hesab edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Şok rəqəmlər...
Dünya 18:2718 marşrutun hərəkət sxemi dəyişəcək...
Sosial 17:58Digər mühüm məqam isə gənc ailələrlə bağlıdır...
Sosial 17:29“Sizə bir sirr deyəcəyəm...”
Dünya 16:13Azərbaycanın inkişafında yeni dövr - TƏHLİL
Siyasət 15:27Qarabağsız, “Ararat”sız, problemsiz… - BAXIŞ BUCAĞI
Siyasət 15:02Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Siyasət 14:43Rusiyaya kosmosdan hücum - RAKURS
Siyasət 13:51İdman və giriş qadağası
Dünya 13:38Sabah Azərbaycanda yağış yağacaq
Hadisə 13:14Azərbaycan muğamı Pakistan səhnəsində böyük rəğbətlə qarşılanıb
Mədəniyyət 11:08Kəlbəcər: Zəfərdən dirçəlişə uzanan yol - MƏQALƏ
Siyasət 10:15Türkiyədə 407 sayta giriş bloklandı- QƏRAR
Dünya 05:04Türkiyəli aktyor "Şapkacı kadınlar"a çəkilir
Şou-Biznes 03:22Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8548
-0,65%
-
GBP
2,2166
-0,53%
-
RUB
2,0745
-0,31%



