Belarusdan olan “Miss Universe” hava limanında qarət edilib

Belarusiyadan olan "Miss Kainat 2021" Polli Cannabis xoşagəlməz vəziyyətlə üzləşdi.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə İstanbul hava limanında baş verib.

Belə ki, 32 yaşlı gözəl Türkiyədən vətəninə uçarkən “Belavia” aviaşirkətinin xidmətlərindən istifadə edib. ...Baqajımı verərkən yanımda pul kisəsi və kiçik bir çamadanı götürmək istədim. Orada bəzək əşyaları var idi. Amma hava limanının işçiləri reysin izdihamlı olduğu üçün özümlə çox şey götürməməyi məsləhət bildilər.

Qeyd edək ki, Minskə çatan kimi Polli həmin çamadandakı zinət əşyalarını görməyib. Onu da qeyd edək ki, zərərin məbləği 2,2 milyon rubl dəyərləndirilir.

SHOT Telegram kanalı xəbər verir ki, Cannabis artıq Belarus polisi ilə əlaqə saxlayıb, sonra İstanbula qayıdıb və nəhayət oğurluqla bağlı ifadə verib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə