“Dost”unu içirib yuxuya verəndən sonra...

Belarusun Molodeçno şəhərində məzuniyyətdə olarkən dostunun mobil telefonunu və bank hesabından pulunu oğurlayan hərbçi barəsində hökm elan edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Maladzeçanskaya qazeta” yazıb.

Təqsirləndirilən şəxs Belarus hərbi hissələrindən birində xidmət edir. Yayda məzuniyyətdə olarkən bir tanışı ilə rastlaşıb.
Gənclər içki içiblər, sonra isə hərbçi dostunun mobil telefonunu götürərək bankın ərizəsinə daxil olub və onun hesabına 433,7 rubla yaxın pulunu da “çırpışdırıb”.

Ertəsi gün təqsirləndirilən şəxs və zərərçəkmiş Nosilovo kəndindəki gölün sahilində dincəlirmiş. Bu dəfə də dostunu yuxuya verən hərbçi bu dəfə onun təxminən 1000 rubl dəyərində mobil telefonunu da oğurladıqlarının “gözünə qatıb”.

Məhkəmə iclasında təqsirləndirilən şəxs öz təqsirini tam etiraf edərək, cinayətləri spirtli içkidən sərxoş olması səbəbindən törətdiyini bildirib. Qeyd edək ki, o, zərərçəkmişə dəymiş ziyanı tam ödəyib.

Məhkəmə gənci təqsirli bilib və onun barəsində 3 ay müddətinə hərbi komendantlığın qarovulunda həbs qətimkan tədbiri seçilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə