Günümüzdə bir çox ölkədə yetişdirilən Anqora dovşanının Ankaradan aparıldığını bilirsinizmi?
Dünyada Anqora dovşanı olaraq bilinən Ankara dovşanı yumşaq və uzun tükləri ilə seçilir. SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu növün mənşəyi Türkiyənin paytaxtı Ankaradır. Bu növ bütün dünyaya Ankaradan aparılıb. Tarixi mənbələrə görə, 1723-cü ildə Türkiyədə Anqora dovşanının nəsli tükənib. Eyni dövrdə Avropada fransız zadəganları arasında ən məşhur ev heyvanı Anqora dovşanı idi. Bu dövşan növü 1900-cü illərin əvvəllərində Amerikada məşhurlaşıb. Yüz illər sonra Almaniyada yaşayan bir Türkiyə vətəndaşı tərəfindən Türkiyəyə gətirilən Anqora dovşanı vətəninə asanlıqla uyğunlaşaraq yenidən çoxalmağa başlayıb.
Anqora dovşanı ilk növbədə yunu, sonra isә əti üçün yetişdirilir. Yun istehsalı üçün yetişdirilən yeganə dovşan cinsi Anqora dovşanıdır. Hər dovşan ildə orta hesabla bir kq yun verir. Anqora dovşanının yunu yüksək izolyasiya xüsusiyyətlərinə malikdir, çox yüngül olmasına baxmayaraq, istiliyi yaxşı saxlayır və çox yumşaqdır. Bu xüsusiyyətlərinə görə daha çox parça, papaq, sviter, adyal, uşaq paltarları və xizək paltarlarının istehsalında istifadə olunur. Elektromaqnit xüsusiyyətlərinə görə revmatizm xəstələri üçün istehsal olunan xüsusi geyimlərin də əsas materialıdır. Səs dalğalarını çox yaxşı ötürmədiyi üçün aviasiya və kosmik sənayedə də istifadə olunur. Anqora dovşanının yunu qoyun yunundan səkkiz dəfə çox istilik verir və allergiyaya səbəb olmur.
Dünyada 10 min tona yaxın dovşan yunu istehsal olunur. Bu gün Anqora yununun əsas xammal mənbəyi təəssüf ki, onun vətəni Türkiyə deyil, Çindir. Cənubi Amerika, Avstraliya və Avropada yetişdirilən Anqora dovşanı vətənində yalnız bir neçə fermada yetişdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
İlin ilk Super Ayı görünür
Sosial 18:45Şok rəqəmlər...
Dünya 18:2718 marşrutun hərəkət sxemi dəyişəcək...
Sosial 17:58Digər mühüm məqam isə gənc ailələrlə bağlıdır...
Sosial 17:29“Sizə bir sirr deyəcəyəm...”
Dünya 16:13Azərbaycanın inkişafında yeni dövr - TƏHLİL
Siyasət 15:27Qarabağsız, “Ararat”sız, problemsiz… - BAXIŞ BUCAĞI
Siyasət 15:02Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Siyasət 14:43Rusiyaya kosmosdan hücum - RAKURS
Siyasət 13:51İdman və giriş qadağası
Dünya 13:38Sabah Azərbaycanda yağış yağacaq
Hadisə 13:14Azərbaycan muğamı Pakistan səhnəsində böyük rəğbətlə qarşılanıb
Mədəniyyət 11:08Kəlbəcər: Zəfərdən dirçəlişə uzanan yol - MƏQALƏ
Siyasət 10:15Türkiyədə 407 sayta giriş bloklandı- QƏRAR
Dünya 05:04Türkiyəli aktyor "Şapkacı kadınlar"a çəkilir
Şou-Biznes 03:22Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8548
-0,65%
-
GBP
2,2166
-0,53%
-
RUB
2,0745
-0,31%



