Qatil balina dəstəsi vurub yaxtanı batırıblar...

Qatil balina dəstəsi Cəbəllütariq boğazında Polşanın yelkənli yaxtasına hücum edərək, gəminin Mərakeş sahillərində batmasına səbəb olublar.

SİA “RİA Novosti”-yə istinadən qəza zamanı ölən və xəsarət alanın olmadığını bildirir.

...Cəbəllütariq boğazında yaxtamıza qatil balinalar dəstəsi hücum etdi. Onlar 45 dəqiqə ərzində onlar yaxtaya ciddi ziyan vurdular və bunun nəticəsində yaxtada sızmalar baş verdi.

Qeyd edək ki, bunu yaxta sahibi bildirib.

Onu da bildirək ki, yaxta Mərakeşin Tanjer limanına çatmağa az qalmış batıb.

İspaniya hökumətinin məlumatına görə, Cəbəllütariq boğazında qatil balinaların kiçik gəmilərə, xüsusən də yelkənli gəmilərə qarşı təcavüzü 2020-ci ildən qeydə alınıb. Bu yaxınlarda bu davranış, dənizçiləri mümkün təhlükə barədə xəbərdar etmək üçün peyk tərəfindən izləniləcək altı qatil balinadan ibarət podda müşahidə edilmişdir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə