SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Şilenin tarixi minillikdən öncə 7-ci əsrə aiddir. Bu kiçik yaşayış məntəqəsi Qədim Yunan dövründən başlayaraq Roma, Bizans və Osmanlı sivilizasiyalarına ev sahibliyi edib. Bu gün Şile İstanbulun bir bölgəsidir və İstanbuldan buraya ictimai nəqliyyat vasitəsilə qısa vaxta gəlmək mümükündür. Şile yaxınlığı, eyni zamanda sakit və hüzurlu məkan olması baxımından insanların tətil imkanlarını dəyərləndirmək üçün tez-tez seçdikləri məkandır.
Şile kiçik olsa da, amma burada gəzməli yerlər çoxdur. Birazdan “Səyyah”ın lövbərini atıb Şile səyahətimizə qarşı tərəfdə gördüyünüz mayakdan başlayacağıq.
Şile Fənəri Türkiyənin ən böyük aktiv mayakıdır. O, həm də Avropanın ən hündür dəniz mayaklarından biridir. İlk dəfə Bizans dövründə tikilib. Yıxıldıqdan sonra isə Osmanlı dövründə yenidən inşa edilib. Bu tarixi mayakın işığı aydın havada uzaqdan görünə bilir. Bu xüsusiyyətinə görə müharibələr zamanı böyük əhəmiyyət daşıyıb. Şileni bütün mənzərəsi ilə görmək istəyənlər, ardımca gəlin və mayak pilləkənlərini birlikdə qalxaq.
Buradan mərkəzdə yerləşən Şile qalasına gedəcəyik. Qala da Bizans dövrünə aiddir. Bu qala hücum məqsədi ilə deyil, “gözətçi qülləsi” kimi tikilib. Osmanlı dövründə də gözətçi qülləsi kimi istifadə edilib.
Şilenin təbii gözəlliklərini gəzməyə başlayaq. İndi “Ağlayan qaya”ya gedirik. “Ağlayan qaya” və çimərliyi Şilenin məşhur təbii gözəlliklərindən biridir. Mavi bayraqlı çimərlik dar bir körfəzdə yerləşir və Şiledə üzmək üçün ən yaxşı yerlərdən biri kimi tanınır. Mərkəzə piyada məsafədə yerləşən “Ağlayan qaya” ilə bağlı əfsanəyə görə, ailələri bir-birini sevən iki gəncin qovuşmasına mane olduqları üçün gənclər bu qayadan tullanaraq həyatlarına son qoyurlar. Və o gündən bəri qayanın ağladığı deyilir. Amma əslində daşların arasından axan su bu mənzərəni yaradır. Baxın! Siz də qayaların arasından axan suyu görürsünüzmü?
İndi fərqli özəlliyi ilə diqqət çəkən Kumbaba təpəsi çimərliyinə gedək. Sahilin tünd sarı və narıncı rəngə çalan qumlarının müxtəlif xəstəliklərə, xüsusən də revmatizmə faydalı olduğu deyilir. Bizans dövründə çimərlik qumudan müalicə məqsədilə “qum hamamı” kimi istifadə olunub.
Şiledə çoxlu sayda mağaralar var. Bu mağaraların bəzilərinin neolit dövrünə aid olduğu deyilir. Şərqi Roma İmperiyasının təzyiqlərindən və zülmündən qaçan xristianlar Şiledəki təbii mağaralara sığınaraq həyatlarını burada davam etdiriblər. İmperiya bu mağaralardan birini həbsxana kimi istifadə edərək ələ keçirdikləri xristianları orada saxlayırlarmış. Maraqlıdır ki, bəzilərinin həyatını xilas edən Şile mağaraları bəziləri üçün də zindan rolunu oynayıb.
Birazdan görəcəyimiz Ksenofon mağarası ilk xristianların kilsə olaraq istifadə etdiyi təbii bir mağaradır. Mağara bu gün Sofular mağarası kimi tanınır. Dağa dırmanma idmanı ilə məşğul olanlar buraya uyğun avadanlıqları ilə daxil ola bilərlər. Həbsxana kimi istifadə edilən Gürlek mağarası həvəskar dağa dırmananlar üçn uyğun deyil. Çünki mağaranın girişi kifayət qədər dardır və içəridən daim su sızır. Bu su yerin sürüşkən olmasına səbəb olur və təcrübəsiz insanlar üçün çətin və hətta təhlükəli vəziyyət yaradır. Ona görə də hər iki mağaranı ancaq kənardan görəcəyik.
Şilenin təbii gözəlliklərindən danışmağa ara verib burada toxunan xüsusi bir parça növündən bəhs etmək istərdim. Çünki bu parça Şile üçün tamamilə spesifik və ənənəvidir. Buna görə ona “Şile parça” deyirlər. “Şile parça” əl dəzgahlarında pambıq sapdan toxunur. Yüngül və təri çəkən, son dərəcə sağlam və təbii parça növüdür. “Şile parça” yuyulduqca ağarır və uzun illər istifadə oluna bilir.
Hazırda insanlar təbii materiallara üstünlük verdikcə, ekoloji və sağlam Şile parçasına da tələbat günü-gündən artır. Bu parçadan ənənəvi türk motivlərinin xüsusi incəliklə işləndiyi orijinal geyimlər, eləcə də müasir elementlərin əks olunduğu paltarlar hazırlanır. Gəlin bu məhsulların satıldığı mağazalardan birinə girək və o xüsusi və gözəl Şile parçasını yaxından görək. Əminəm ki, onlardan birini seçməkdə çətinlik çəkəcəksiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



