Rusiyalı müəllimə dünyanın ən gözəl qadınlarından biri olub

Permdən olan ibtidai sinif müəllimi Sofya Çunareva dünyanın ən gözəl üç qadınından biri seçilib. Rusiyalı qadın Hindistanda keçirilən “Mrs.Supermodel Wordwide-2023” qadın gözəllik müsabiqəsinin finalına çıxıb.

Bu barədə “Moskovski Komsomolets” məlumat yayıb. Qeyd edək ki, bürünc medaldan əlavə, Çunareva "İdeal Bədən" və "Gözəllik İkonu" mükafatlarını da alıb.

29 yaşlı müsabiqə iştirakçısının dediyinə görə, onun model biznesi ilə heç bir əlaqəsi yoxdur və yalnız arabir fotosessiyalarda iştirak edir.

Yeri gəlmişkən, 2021-ci ildə Sofiya "Rusiyanın ən gözəl evli qadını" adını qazandı. Qeyd edək ki, onun ailəsində 4 yaşlı bir oğul böyüyür.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə