Diyetoloq hansı kolbasanı yeməyi məsləhət görür..?

Həkim və dietoloq Marqarita Koroleva kolbasa yeməyin faydalarından danışıb.

SİA-nın əldə etdiyi məlumata görə, həkim burada təbii ki, mağazada satılan məhsuldan deyil, evdə hazırlanan kolbasadan danışır.

Tibb elmləri doktoru evdə hazırlanmış kolbasa hətta bir və ya iki ədəd müntəzəm olaraq yeməyi məsləhət görür. Həkimin sözlərinə görə, təbii ətdən hazırlanan kolbasa tam zülal və yağ mənbəyi kimi faydalıdır. Tərkibində antioksidantlar və bioflavonoidlər olan ədviyyatlar var. Üzvi olduğu üçün belə məhsul sağlam kalorilər gətirəcək və bədəni enerji ilə dolduracaq.

Maraqlıdır ki, həkim mağazadan alınan kolbasaları mümkün qədər nadir hallarda alıb yeməyi tövsiyə edir.

Həkim, hisə verilmiş ətlərin onkoloji təsirə malik məhsullar siyahısında birinci olduğunun xəbərdarlığını edir.

Onun dediyinə görə, belə məhsulların tərkibində soya komponentləri, zülal qarışıqları və nitritlər şəklində əlavələr ola bilər. Bütün bunlar isə insanlar üçün təbii ki, nəticəsiz keçməyəcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə