Toyuqların emosional vəziyyətlərini şərh edə bilən sistem yaradılıb

Tokio Universitetinin professoru Adrian David Çeokun rəhbərlik etdiyi qrup "toyuqların müxtəlif emosional vəziyyətlərini şərh edə bilən sistem" hazırlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, "Dərin Emosional Analiz Öyrənmə" adlanan ən son texnologiya aclıq, qorxu, qəzəb, məmnunluq, həyəcan və cansıxıcılıq kimi duyğuları süni intellekt texnikasından istifadə edərək tərcümə edir. Buna uyğun olaraq sistem 6 fərqli emosional vəziyyəti 80 faiz dəqiqliklə həll edə bilir.

Nəzərdən keçirilən jurnalda hələ dərc olunmayan araşdırmada 80 toyuqdan alınan səs nümunələri təhlil edilib. Təxminən 200 saatlıq qeydlər araşdırıldı və 100 saatlıq nümunə əldə edilib. Çıxarılan səs nümunələrini heyvanlardakı müxtəlif "emosional vəziyyətlər" ilə əlaqələndirmək istəyən komanda yazıları alqoritmdə birləşdirib.

Səkkiz heyvan psixoloqu və baytar həkimi ilə əməkdaşlıq edən tədqiqatçıların fikrincə, sistem toyuqların psixi vəziyyətlərini təəccüblü dəqiqliklə müəyyən edə bilir. Tədqiqatçılar nəticələri barədə danışıb: "Nəticələrimiz göstərir ki, biz süni intellekt və maşın öyrənmə üsullarından toyuqların səs siqnallarına əsasən onların emosional vəziyyətlərini tanımaq üçün istifadə edə bilərik".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə