Dünyanın ən pis tıxaclara malik şəhərlərinin reytinqi açıqlanıb

Böyük Britaniyanın paytaxtı London dünyanın ən işlək şəhəri kimi tanınır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Moskovskiy Komsomolets” Rusiya-Asiya Sənayeçilər və Sahibkarlar İttifaqının statistikasına istinadən xəbər verir.

2022-ci ilin pik saatlarında mərkəzləri ən sıx olan dünya şəhərlərinin reytinqinə əsasən, London ən pis nəticə göstərib. Belə ki, bu şəhərdə 10 km-lik avtomobillə səyahət 36 dəqiqə 20 saniyəyə başa gəlib.

Reytinqdə ikinci yeri 29 dəqiqə 10 saniyə göstərici ilə Hindistan Banqaloru tutub.

Üçüncü yerdə isə İrlandiyanın paytaxtı Dublin qərarlaşıb.

Yeri gəlmişkən, ilk 10-luğa Sapporo (Yaponiya), Milan (İtaliya), Pune (Hindistan), Buxarest (Rumıniya), Lima (Peru) və Manila (Filippin) daxil olublar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə