Amerikalı dietoloq Lisa Riçards daha tez arıqlamağa kömək edəcək dadlı, sağlam və ucuz meyvə təklif edib.
Onunn dediyinə görə, alma arıqlamaq istəyənlər üçün idealdır.
Əgər almanı müntəzəm olaraq yeyirsinizsə, vücudunuz daha uzun müddət toxluq hiss edəcək, bu da əlavə qəlyanaltılardan və kalorilərdən qaçmağa kömək edəcəkdir.
Bundan əlavə, almanın tərkibində çoxlu vitaminlər və qiymətli mikroelementlər var. Üstəlik, bir almada həzmi yaxşılaşdıran və metabolik prosesləri sürətləndirən 4 qrama qədər lif var.
Bununla belə, həkim əlavə etdi ki, alma bədənə zərər verməmək üçün çox miqdarda və müəyyən əks göstərişlərlə istehlak edilməməlidir.
Qeyd edək ki, SİA bu barədə rus saytlarına istinad edir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə