12 il əvvəl yoxa çıxan uşaq təsadüfən tapılıb...

Çində valideynlər on iki il əvvəl itkin düşən oğlunu təsadüfən tapıblar,

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, hər zaman itkin düşmüş övladlarını xatırlayan ər-arvad şəxsi avtomobillərində gedərkən yenə də onu xatırlayıb dərlərini bölüşürmüşlər. Bu vaxt maşını idarə edən ər yoldan ötən avara bir yeniyetməni vurub.

Maraqlıdır ki, avtomobilin toxunduğu avara yeniyetmə bir anda onlara tanış görünüb. Gərək ki, bizlərdə buna “qan çəkib” deyirlər.

Nə isə, maşından düşən cütlük yeniyetməni müayinə ediblər. Uşaq xəsarət almasa da, ər və arvad onu xəstəxanaya aparıblar.

O da maraqlıdır ki, kişi bunun onların oğlu ola biləcəyini təxmin etmək üçün arvadından gizli şəkildə DNT testi keçirməyə qərar verib.

Nəticə cütlük üçün sevindirici olub. Bu onların 12 il əvvəl, üç yaşında yoxa çıxan oğulları imiş. Cütlük dərhal uşağı evə aparıblar.

Uşaq atası hesab etdiyi bir adamla yaşayırmış. Ögey ata uşağı işləməyə məcbur edib və döyürmüş.

Yeniyetmənin qaçaraq küçəyə çıxaraq avtomobillə toqquşması bütün bunlara son qoyub?

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə