İtaliyanın "ağıllı adası" Aralıq dənizindəki digər adalara nümunədir
İtaliyanın Toskana bölgəsində yerləşən və elektrik ehtiyacının yüz faizinin bərpa olunan enerji ilə ödəndiyi, organin məhsulların yetişdirildiyi və balıqçılıq fəaliyyətlərinin həyata keçirildiyi Kapraya adası bu mövzulardakı təcrübələri ilə Aralıq dənizindəki digər adalara nümunədir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, materikdən 30 kilometr uzaqlıqdakı adada başladılan Smart Island Capraia layihəsi çərçivəsində ada sakinləri elektrik enerjisini bərpa olunan enerji mənbələrindən istehsal edir, kənd təsərrüfatında və evlərdə istifadə üçün yağış sularını yığır,adada əkinçilik və balıqçılıq fəaliyyətini organik şəkildə həyata keçirməyə çalışırlar.
Materikdən uzaqda olduğu üçün üzun illər ərzində məhbusların göndərildiyi və açıq həbsxana kimi istifadə edilən ada 1986-cı ildən sonra ziyarətçilərin üzünə açılıb.
Materikdən adaya uzanan elektrik şəbəkəsi olmadığı üçün bu əlverişsiz vəziyyət üstünlüyə çevrilərək adanın enerji ehtiyacını bərpa olunan mənbələrdən ödəmək üçün addımlar atıldı.
Bu məqsədlə Şimali Avropadan gətirilən yağlı bitkilərdən biodizel əldə olunaraq enerjiyə çevrildi, bələdiyyə tərəfindən adanın müxtəlif yerlərində günəş panelləri yerləşdirildi.
Adada ümumi tutumu 126 min kubmetr olan iki tarixi su hövzəsi yağış suyunun yuğılması üçün istifadə olunur.
Ağıllı adada süni balıq istehsalında antibiotiklərdən istifadə edilmədiyi üçün Smart Island Avropa İttifaqının (AB) orqanik sertifikatına malikdir.
Smart Island Capraia layihəsi davamlılıq və dairəvi iqtisadiyyat model sayəsində Avropa Komissiyası tərəfindən mükafatlandırılıb. 1980-1990-cı illərdə ada ziyarətçilərin üzünə açıldığı zaman adanın yerli əhalisi investisiyaları rədd edərək adanın təbiətini və biomüxtəlifliyini qorudu. Bu səylər sayəsində illər ərzində balıq ovlayan qartallar və Aralıq dənizi suitilərinin adaya qayıtdığı müşahidə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
“Sabah” La Liqa komandası səviyyəsindədir”
Müsahibə 20:01Türkiyədə 4,5 bal gücündə zəlzələ baş verib
Dünya 19:55“Mən ruhumu dinləməyi öyrəndim”...
Sosial 19:48Qazaxıstan-Özbəkistan sərhədində tıxaclar var...
Dünya 19:26İlin ilk Super Ayı görünür
Sosial 18:45Şok rəqəmlər...
Dünya 18:2718 marşrutun hərəkət sxemi dəyişəcək...
Sosial 17:58Digər mühüm məqam isə gənc ailələrlə bağlıdır...
Sosial 17:29“Sizə bir sirr deyəcəyəm...”
Dünya 16:13Azərbaycanın inkişafında yeni dövr - TƏHLİL
Siyasət 15:27Qarabağsız, “Ararat”sız, problemsiz… - BAXIŞ BUCAĞI
Siyasət 15:02Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Siyasət 14:43Rusiyaya kosmosdan hücum - RAKURS
Siyasət 13:51İdman və giriş qadağası
Dünya 13:38Sabah Azərbaycanda yağış yağacaq
Hadisə 13:14Azərbaycan muğamı Pakistan səhnəsində böyük rəğbətlə qarşılanıb
Mədəniyyət 11:08Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8548
-0,65%
-
GBP
2,2166
-0,53%
-
RUB
2,0745
-0,31%



