İçki, doğrudan da, böyük bəladır..?

Moskvada, Türkiyəyə uçan təyyarədə qalmaqal salan içkili qadın təyyarədən düşürdülərək ərazidən uzaqlaşdırılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisə paytaxtın Şeremetyevo hava limanında baş verib.

“MVD-media” xəbər verir ki, qadın Moskva-Antalya reysi ilə uçan sərnişin təyyarəsində özünü nalayiq aparıb və ictimai asayişi pozub.

Nəticədə təyyarənin kapitanı polisə zəng vurub və qalmaqallı qadın uçuşdan uzaqlaşdırılıb.

Deyilənlərə görə, 53 yaşlı Moskva sakini polis şöbəsinə aparılıb, orada ona qarşı inzibati xəta haqqında protokol tərtib edilib. Yeri gəlmişkən, tibbi ekspertiza saxlanılan şəxsin sərxoş olduğunu təsdiqləyib.

Xatırladaq ki, SİA-nın da bundan əvvəl yazdığı kimi, sərxoş rusiyalı Banqkok-Moskva reysi ilə uçan təyyarədə mübahisə yaradıb və uçuş zamanı qapını açmağa cəhd etmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə