...Tümen vilayətində İşim şəhərindən olan müəllim Anastasiya Şumilova sosial şəbəkələrdə çəkdirdiyi şortik və çimərlik geyimində fotosuna görə istefa verməyə məcbur olub.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “NeMoscow Speaks” teleqram kanalı yazır.
Qeyd edilir ki, Şumilova universiteti bitirdikdən sonra cəmi iki ay 8 saylı məktəbdə işləyə bilib. O, hələ yetkinlik yaşına çatmamış model kimi çalışıb, geyimlərin və müəssisələrin reklamı ilə məşğul olub.
Yerli sakin Vladimir Voronov özünün “vIshime.org” səhifəsində onun şortikli və çimərlik paltarında çəkdirdiyi reklam şəkillərini dərc edib.
Bundan sonra məktəb direktoru Şumilova zəng edərək ondan ya bütün şəkilləri silməsini, ya da işdən getməsini tələb edib. Maraqlıdır ki, müəllim köhnə şəkillərini sosial şəbəkələrdən silməkdən imtina edib.
“...Mən işə düzəldim və ayda 15 min 100 rubla müəllim kimi karyeramı başa vurdum” deyən Şumilova, ...başa düşmürəm ki, keçmişimi niyə silməliyəm?”
Bunu yazan Şumilova vilayət prokurorluğuna şəxsi həyatın toxunulmazlığına müdaxilə və 18 yaşından kiçik olduğu fotolarının yayımlanması ilə bağlı ərizə yazıb.
O, ərizəsini yalnız o halda geri götürməyə hazırdır ki, Voronov şəxsi həyatına müdaxilə etdiyi üçün ondan üzr istəsin və məktəb rəhbərliyi onun işdən çıxarılmasını ləğv etsin.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə