Rusiyanın Kirov vilayətinin sakini dörd yaşlı qızı ilə porno çəkdirib və həmin videoları internet vasitəsilə əcnəbilərə satıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Gazeta.ru Mash Telegram kanalına istinadən xəbər verir.

32 yaşlı rusiyalı qadın 2018-ci ildən pedofillər üçün kontent çəkirmiş. Qadın hətta Tuja kəndindəki evində xüsusi olaraq bir studiya da təchiz edib. Videonu da özü montaj edirmiş.

Video internet vasitəsilə qadının alıcı axtardığı ixtisaslaşmış platformalarda satılıb. Amma çox keçmədən videolardan biri ictimaiyyətə açıqlanıb və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxılıb.

Və tezliklə “rejissor-operator”un şəxsiyyəti müəyyən edilib və qadın cinayət işi çərçivəsində saxlanılıb.

Hazırda o, yetkinlik yaşına çatmayanların pornoqrafik təsvirləri olan materialların hazırlanmasında və yayılmasında ittiham olunur. Təqsiri sübuta yetirilərsə, vətəndaşın valideynlik hüququ əlindən alınacaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə