Dırnaqları gücləndirən və uzadan təbii üsullar hansılardır?

Daimi baxım olmadan dırnaqlar zəifləyir. Zəifləmiş dırnaqlar isə qırılır və onların böyümə sürəti yavaşlayır. SİA xarici mətbuata istinadən xəbər verir ki, dırnaqlarınızı gücləndirmək üçün müntəzəm yemək və dırnaqlarınıza hər zaman qulluq etmək lazımdır. Bütün bunlara əlavə olaraq bəzi təbii üsullarla da dırnaqlarınızı gücləndirə bilərsiniz. Dırnaqları gücləndirən və daha sürətli uzadan təbii üsulları sizə təqdim edəcəyik.

C vitamininin dırnaqları gücləndirməkdə çox faydalı olduğu bilinir. Limon suyu da güclü C vitamini mənbəyidir. Dırnaqlarınıza mütəmadi olaraq limon suyu sürtməklə onların qırılmasının və soyulmasının qarşısını ala bilərsiniz.

Limon suyu ilə dırnaqlarınızı gücləndirə və daha tez uzada bilərsiniz. Dırnaqlarınızdakı bakteriyaları da bu yolla məhv etmək mümkündür. Gündə ən azı bir dəfə 1 dilim limonu əl və ayaq dırnaqlarınıza sürtün. Dırnaqlarınızı bu şəkildə 5 dəqiqə masaj edin və sonra isti su ilə yuyun. Portağal kollagen istehsalına kömək edir. Kollagen dırnaqların böyüməsinə kömək edir və dırnaqları canlı saxlayır.

Portağalın antioksidan xüsusiyyətləri də hər hansı infeksiyanın qarşısını alır. Bir qabda portağal suyu götürün və dırnaqlarınızı təxminən 10 dəqiqə isladın. İsti su ilə yuyun və effektiv şəkildə nəmləndirin. İstədiyiniz nəticə üçün bunu gündə ən azı bir dəfə etməyə çalışın.

Əgər zədələnmiş, kövrək dırnaqlarınız varsa, zeytun yağı ən yaxşı seçimdir. Təbiətdə asanlıqla tapılan zeytun yağı dırnaqlarınızın daxili təbəqəsinə enir və bütün quruluqlarını aradan qaldırır. Həm də qan dövranına kömək edir və dırnaqların böyüməsini sürətləndirir. Bir az sızma zeytun yağını qızdırın və dırnaqlarınızı və təxminən beş dəqiqə yumşaq bir şəkildə masaj edin.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə