Xatırlatma dozanın tətbiqinə başlanıb

Amerika Birləşmiş Ştatları (ABŞ) səhiyyə orqanları peyvənd edilmiş insanlarda peyvəndin qorunmasını gücləndirmək üçün bir xatırlatma dozası tətbiq etməyi planlaşdırır. SİA -nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Delta variantı və peyvəndin effektivliyinin zamanla azalması haqqında məlumatlar ABŞ səlahiyyətlilərini gücləndirilmiş bir peyvənd dozası təklif etməyə vadar edib.

ABŞ-da aparılan son araşdırmalara görə, delta variantına qarşı peyvənd qorunmasının azaldığını göstərib. Delta variantına məruz qalan ilk ölkələrdən biri olan İsraildən alınan məlumatlar da ABŞ tətqiqatçılarını təşvişə salıb. Gücləndirici xatırlatma dozasının tətbiqinin ABŞ -da 20 Sentyabrda başlayacağı planlaşdırılır.

Qeyd edək ki, İsrail hazırda 50 yaşdan yuxarı və 5 aylıq peyvənd edilmiş insanlara xatırlatma dozası tətbiq edir. Almaniya və Fransa da bu praktikanı payızda tətbiq etməyi hədəfləyir.

Türkiyədə 3 -cü doz peyvəndi davam edərkən, peyvəndin 4 -cü dozası üçün razılıq əldə olunub. Səhiyyə naziri Fahrettin Koca 4-cü doza peyvənd tətbiqinin peyvəndi tələb edən ölkələrə gedəcək olanlar üçün nəzərdə tutulduğunu ifadə edərək bildirib ki, şəxsi səyahət tələbindən başqa heç bir əlavə peyvənd tələbi yoxdur: "Müvafiq ölkə qaydalarına uyğun olaraq 2 dozalı mRNA peyvəndi almaq istəyənlər üçün xüsusi bir tənzimləmə edildi. Şəxsi səyahət istəyi istisna olmaqla əlavə bir peyvənd tələbi yoxdur. Bu gündən etibarən hər kəs iki doz peyvənd olunacaq. Səyahət edənlərə 4-cü doza peyvənd etdirə bilər. Lakin tibbi zərurət yoxdur".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə