Delta daha sürətli simptomlarla yayılır

Alimlər Delta variantının bu günə qədər ən təhlükəli koronavirus növü olduğunu irəli sürürlər. SİA xəbər verir ki, xüsusilə peyvənd olunmayanlar bu xəstəlikdən daha ağır əziyyət çəkirlər. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin etdiyi xəbərdarlıqlarına görə, əvvəlcə Hindistanda təsbit edilən və hazırda dünyada üstünlük təşkil edən Delta variantı daha şiddətlidir.

Koloradodakı tibb direktoru Mişel Baron bildirib ki, bu, meşə yanğınına bənzəyir, sadəcə yanan bir tonqal deyil. Kanada, Sinqapur və İskoçiyada Delta variantına yoluxmuş insanların pandemiyanın erkən dövründəki xəstələrə nisbətən daha çox xəstəxanaya yerləşdirildiyi araşdırmada məlum oldu. Delta variantından yoluxmuş xəstələri müalicə edən həkimlər Covid-19 simptomlarının daha sürətli başladığını və bir çox bölgələrdə ağır halların artdığını izah etdilər. Bununla birlikdə mütəxəssislər, bir variantın digərindən daha ağır xəstəliyə səbəb olub-olmadığını müəyyən etmək üçün araşdırmalarda daha çox nəticənin müqayisə edilməli olduğunu vurğulayıblar.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə