"Delta" variantı daha çox hansı yaş qrupuna təsir edir? - HƏKİM-İNFEKSİONİST AÇIQLADI

"İnsanın "Delta" variantına yoluxub-yoluxmamasını dəqiqləşdirmək üçün mütləq yaxma götürülməli, daha sonra duzlaşmaya görə KT müayinəsi aparılmalıdır". Bunu SİA-ya açıqlamasında həkim - infeksionist Taleh Hüseynov deyib.

Onun sözlərinə görə, duzlaşma 2 cür olur: "Vaksinal mənşəli pnevmoniyalar ciyərin yuxarı və orta faylarında olur, viral mənşəli pnevmoniyalar isə ən çox ciyərin aşağı fayında görülür. Belə fərqləndirmək olar. "Delta" virusu bütün yaş qruplarına təsir edə bilər. Uşaq, gənc, yaşlılara da təsir edir. "Delta" variantı yaş qrupu tanımır. Xəstənin ağırlaşması zədələnmənin dərəcəsinə görə dəyişir. "Delta" ştammında daha çox burun axması halı müşahidə edilir. Boğazda kəskin ağrı əmələ gəlir. Virusa yoluxanlar udqunma zamanı elə hiss edirlər ki, boğazlarında şüşə qırıqları var. Yoluxmuş şəxs yüksək tempuratura müşahidə olunur. Baş ağrısı və halsızlıq bu növün əsas əlamətidir".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...