...Rusiya rəsmiləri İrkutsk bölgəsində artıq bir nəfərin ölümünə və 189 nəfərin karantinə alınmasına səbəb olan pnevmonik taun xəstəliyinin kütləvi yayılmasını gizlədirlər.
SİA xəbər verir ki, bu barədə The Sun qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, İrkutsk vilayətinin qubernatoru İqor Kobzev yayılmanı ictimaiyyət qarşısında müzakirə etməkdən imtina edib, "təhlükəli yoluxucu xəstəlik"in yayılmasından bəhs etməklə kifayətlənib və bölgədəki kütləvi tədbirləri ləğv edib.
Bu arada, bölgədə antibiotik ehtiyatı tükənib və qorxmuş sakinlər apteklərə axışıblar.
Rusiya mediası bildirir ki, İrkutsk Taunla Mübarizə Tədqiqat İnstitutunun əməkdaşı 28 yaşlı Darya Şipilova pnevmonik taundan ölüb.
Onun Rusiya-Monqolustan sərhədində sürətlə yayılan infeksiya hallarının təsdiqləndiyi ekspedisiya zamanı xəstəliyə yoluxduğu güman edilir.
The Sun jurnalistləri həmçinin rəsmi bildirişdə Baykalsk sakinlərinə Şelexov şəhərinə səyahət etməməyi tövsiyə edildiyini, lakin bu bildirişin sonradan silindiyini aşkar ediblər.
Bundan əlavə, nəşrin qeyd etdiyi kimi, Vladimir Putinin baş yoluxucu xəstəliklər üzrə mütəxəssisi Anna Popova təcili yardıma şəxsən rəhbərlik etmək üçün təcili olaraq Moskvadan İrkutsk vilayətinə uçub, lakin susur.
Hazırda ABŞ-da yaşayan aparıcı rus epidemioloqu Mixail Favorov jurnalistlərə bildirib ki, Popovanın İrkutskda şəxsən olması vəziyyətin "dəhşətli və kritik" olduğunu göstərir. Onun sözlərinə görə, hazırda faktların genişmiqyaslı ört-basdır edilməsi aparılır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB