Hamiləlik vaxtı qadınlar özünü necə qorumalıdır? HƏKİM GİNEKOLOQ AÇIQLADI

"Hamiləlik vaxtı qadınlar özünü necə qorumalıdır. Burada biz bir neçə faktordan danışa bilərik". Bu sözləri SİA-ya açıqlamasında həkim-mamaginekoloq Ləman Əliyeva deyib.

Onun sözlərinə görə, hamiləlik zamanı qadınlar düzgün qıdalanaraq, sağlamlığını və hava şəraiti ilə əlaqədar olaraq müəyyən viruslardan özünü qorumalıdır. İdman hərəkətləri ilə özünü və uşaqını qoruya bilər. Ən əsas məsələlərdən biri də qidalanma ilə bağlıdır. Mən hər zaman öz xəstələrimə məsləhət kimi bildirirəm ki, çöldə bişən qidalarla, "FastFood"lar dan uzaq durmalıdırlar. Müəyyən olunmamış içkilərdən, qazlı içkilərdən uzaq durmalıdırlar. Ancaq evdə təbii hazırlanan yeməklərlə və meyvə suylarından istifadə etməlidirlər. Bol-bol meyvə və tərəvəzdən istifadə etsinlər. Müəyyən vaxtlarda ginekoloqların qəbulunda olsunlar. Tövsiyyə olunmayan dərmanlardan istifadə etməsinlər yalnız, ginekoloqlarının tövsiyyə etdiyi dərmanları qəbul etsinlər. Hamilə zamanı cinsi yaxınlaşma olarmı? Bununla bağlı deyə bilərəm ki, əgər hamilə heç bir risk səviyyəsi daşımırsa, düşük təhlükəsi daşımırsa o zaman cinsi yaxınlaşmanında heç bir təhlükəsi yoxdur. Hamiləlik fizoloji bir hadisədir, hamiləliyə xəstə gözü ilə baxılması və yanaşılması heç də düzgün bir şey deyil".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə