İnsanlıq tarixinə yazılan doğum baş verib

Braziliyanın Albert Sabin Uşaq Xəstəxanasında baş verən doğum tibb dünyasını şoka salıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sancılarından sonra xəstəxanaya gətirilən qadın dərhal əməliyyat otağına aparılıb. Doğuş vaxtının çatmadığını təyin edən həkimlər ananın həyatını xilas etmək sonra körpəni çıxarmalı olublar. Körpə vaxtından əvvəl doğulub, lakin, doğumla bağlı yeganə maraqlı şey bu deyildi.

Həkimlər körpəni təhvil verəndə görünməmiş vəziyyətlə qarşılaşıblar. Arxasında 4 sm enində, 12 sm uzunluğunda quyruğu olan körpə, həkimləri təəccübləndirib. Həkimlər belə bir doğuşa ilk dəfə 19-cu əsrdə rast gəlindiyini bildiriblər. Quyruqlu körpə əməliyyatdan sonra quyruğundan xilas olub.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə