Braziliyada təlim zamanı mağara çöküb

Braziliyada yanğınsöndürmə təlimi zamanı mağaranın çökməsi nəticəsində 9 nəfər həyatını itirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Ribeyran-Preto bölgəsində keçirilən təlimə yanğınsöndürənlər və “Real Life” məktəbinin şagirdləri də daxil olmaqla 26 nəfər qatılıb. Onlardan 3 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri ilə xilas edilib. 9 nəfərin isə itkin düşdüyü bildirilib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə