İranda sərnişin avtobusu aşıb - ölən və yaralananlar var

İranın şimalında yerləşən Simnan vilayətində avtobusun aşması nəticəsində 3 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu məlumatı İranın Simnan vilayəti Qırmızı Aypara Cəmiyyətinin direktoru Müzəffər Məhəmmədxani verib. Verilən məlumata görə, hadisə nəticəsində 20 sərnişindən 17-i yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə