Argentina məhkəməsində şok anlar yaşanıb

Argentinada anası və bibisini qətlə yetirməkdə təqsirli bilinən israilli Qilad Qil Pereqin gətirildiyi məhkəmədə miyavlamağa başlaması ilə məhkəmə hakimi iclası sonrakı tarixə təxirə salıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 2019-cu ildə Argentinanın Mendoza əyalətində anası və bibisini qətlə yetirməkdə təqsirli bilinən İsraildən olan 39 yaşlı Qilad Qil Pereqə hakim Laura Qayardo sual verdikdə, o, “miyav” deyə cavab verib. Daha sonra hakim şübhəli şəxsə özünü normal aparması barədə xəbərdarlıq edib. Lakin şübhəli şəxs xəbərdarlıqdan sonra davamlı miyavlamağa başlayanda mühafizəçilər onu məhkəmə zalından çıxarıblar.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə