Türkiyənin hərbi gəmisi Somali quldurlarının hücumunun qarşısını alıb

Türkiyənin hərbi gəmisi Somali quldurlarının hücumunun qarşısını alıb

Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi bir gün ərzində Somali dəniz quldurlarının üç ticarət gəmisinə həmləsini dəf edib.

SİA-nın xəbərinə görə, Türkiyə Silahlı Qüvvələri Ali Qərargahının fevralın 28-də yaydığı məlumata görə, Hind okeanında, Omanın şərq sahillərində üzən "Giresun" freqatı Türkiyənin "Kiran Asya" və "Avramit" quru yük gəmilərini, habelə Çinin "Tszen Xua" balıqçı traulerini müdafiə edib.

Türkiyə hərbçilərinin məlumatına görə, hücumun qarşısını özünü hadisə yerinə operativ çatdıran göyərtə aviasiyası vertolyotu sayəsində almaq mümkün olub.

Freqatın vəzifələrinə müasir dəniz quldurlarına görə təhlükəli sayılan Hind okeanı sularında üzən Türkiyə gəmilərinin təhlükəsizliyini qorumaq və bu gəmiləri müşayiət etmək daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə