Beş gün öncə qəza törədən şəxs ölüb

Beş gün öncə qəza törədən sürücü ötən gün xəstəxanada ölüb. SİA xəbər verir ki, beş gün öncə Ağsu rayonunda 1992-ci il təvəllüdlü Radim Abdullayev “Mercedes Benz E220 minik” markalı avtomobili ilə hərəkət edərkən avtomobilin idarəetməsini itirməsinə görə yoldan çıxaraq aşıb və müxtəlif dərəcəli bədən xəsarətləri nəticəsində Ağsu Rayon mərkəzi xəstəxanasına çatdırılsa da, o , dünən vəfat edib.

Fakta bağlı cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə