Binəqədidə açıq sahədə yanğın başlayıb

Binəqədi rayonunda açıq sahədə yanğın başlayıb. SİA-nın məlumatına görə, Bakının Binəqədi rayonu ərazisində açıq sahədə yanğın hadisəsi baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvələri və texnikası cəlb olunub.

Hazırda ərazidə yanğınsöndürmə işləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə