Market əməkdaşını bıçaqla hədələyib soyğunçuluq edən şəxs saxlanılıb

Suraxanı rayonu ərazisində yerləşən marketlərin birində soyğunçuluq hadisəsi qeydə alınıb. SİA-nın xəbərinə görə, naməlum şəxs marketin əməkdaşını kəsici alətlə hədələyərək 750 manatını talayıb.

Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 23 yaşlı Ş.Dövlətov saxlanılıb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə