Oğurluqda şübhəli bilinən şəxs tutulub

Bakıda evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. SİA xəbər verir ki, Xətai rayonu ərazisində yerləşən evlərin birindən 5000 manat pul və 10400 manat dəyərində qızıl-zinət əşyası oğurlanıb.

Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talamada şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı M.Kərimova müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə