Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.
Belə ki, 1975-ci təvəllüdlü İmiraslan Şıxveledov idarə etdiyi “Volvo” markalı avtomaşınla hərəkətdə olarkən yolu keçmək istəyən piyada 1975-ci il təvəllüdlü Sabir Hüseynovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə