Şərurlu İsfəndiyar məhkəməyə gəlib

“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) ona qarşı xüsusi ittiham qaydasında edilmiş şikayət üzrə məhkəmə prosesi keçiriləcək. SİA-nın məlumatına görə, o, prosesdə iştirak etmək üçün Binəqədi Rayon Məhkəməsinə gəlib.

Qeyd edək ki, İsfəndiyar Axundov “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb.

Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edib.

O, İsfəndiyar Axundovu qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə