139 adda kitabın yayılmasının qarşısı alınıb

2024-cü ildə 276 din xadimi müsahibə yolu ilə vəzifəyə təyin edilib. SİA xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.

Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, din xadimlərinin attestasiyası və müsahibə mərhələsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilib.

Sənədə əsasən, hesabat dövründə 3,9 min adda dini ədəbiyyata baxılıb, dini dözümsüzlüyü, nifrət və ayrı-seçkiliyi təbliğ edən 139 adda kitabın idxalının və yayılmasının qarşısı alınıb. Nəşr olunmaq məqsədilə ekspertizaya təqdim edilmiş 227 dini ədəbiyyatdan 26-sının çapı məqsədəuyğun hesab edilməyib. 1198 adda (756,3 min ədəd) dini təyinatlı ədəbiyyata isə nəzarət markaları verilib.

Bundan başqa, keçən il qanunsuz dini təbliğatla məşğul olan 97 nəfər barəsində cinayət işi başlanılıb. Hesabata əsasən, 51 nəfər haqqında inzibati tənbeh tədbirləri görülüb. Həmin şəxslərdən 255 ədəd dini ədəbiyyat, broşür, jurnal, buklet, CD disk və digər əşyalar aşkarlanıb götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə