"Sabunçu keçidi"ndə son vəziyyət NECƏDİR? - YENİLƏNİB - FOTOLAR - VİDEO

Bu gün yağan yağışlar səbəbindən paytaxtın Sabunçu ərazisində keçidə yenidən yağış suları dolmaqda davam edir. SİA xəbər verir ki, bu barədə redaksiyamıza şikayətçi Şahanə Xankişiyeva tərəfindən görüntülər daxil olub.

Şikayətçi bunları deyib: "Həmin dalğa, həmin körpü, həmin koordinat. Yenə yağış yağır və bura sel suları dolub. Artıq avtomobillərin təkərinin yarısına qədər sudur".

Mövzu ilə bağlı SİA-nın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bildirib ki, hazırda rayon sukanal idarəsinin briqadası körpüdəki suyun kənarlaşdırılması üçün ərazidədirlər: “Körpünün yağış sularından təmizlənməsi üçün işlər görülür”.


Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə